Azərbaycanda İnquşetiya Mədəniyyət Günləri keçiriləcək

Azərbaycanda İnquşetiya Mədəniyyət Günləri keçiriləcək

1 Dekabr 2014 16:26
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda İnquşetiya Respublikasının Mədəniyyət Günləri keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, tədbirin təntənəli açılışı dekabrın 2-də Azərbaycan Dövlət Filarmoniyasında baş tutacaq.

Mədəniyyət günləri çərçivəsində dekabrın 2-də "1969" Qalereyasında "İnquşetiya: tarix və müasirlik" adlı dekorativ-tətbiqi sənət sərgisinin nümayişi, dekabrın 3-də isə Mərdəkan Mədəniyyət Sarayında İnquşetiya incəsənət ustalarının iştirakı ilə konsertlər keçiriləcək.

Qeyd edək ki, Azərbaycanda İnquşetiya Respublikasının Mədəniyyət Günləri ilk dəfə keçiriləcək.

Mediainfo.az