Sentyabrdan etibarən "Eurovision" təmsilçimizin seçiminə başlanacaq

Sentyabrdan etibarən "Eurovision" təmsilçimizin seçiminə başlanacaq

20 İyun 2011 14:49
657
Bəyəndim (0) Bəyənmədim (0)

Bu ilin sentyabrından Azərbaycanın "Eurovision-2012" təmsilçisinin seçilməsi prosesinə başlanılması nəzərdə tutulub. Seçimlərin hansı formada aparılacağı hələ dəqiq müəyyənləşdirilməyib. Azərbaycan təmsilçisinin yanvarın sonlarında məlum olacağı güman edilir.

Azərbaycan builki yarışmanın qalibi olduğu üçün növbəti il finalda birbaşa çıxış etmək şansı qazanıb. Təmsilçimiz mayın 26-da keçirilməsi nəzərdə tutulan "Eurovision-2012" müsabiqəsinin finalında çıxış edəcək.

Azərbaycanın ev sahibliyi edəcəyi "Eurovision-2012"-də iştirakçı ölkələrin sayı yanvarın ortalarına kimi məlum olacaq. Hər il olduğu kimi, bu il də göstərilən tarixə qədər ölkələr iştirakları barədə Avropa Yayım Birliyinə məlumat verməlidirlər. İndiyədək 10-dan artıq ölkə növbəti ilin mayında Bakıda keçirilməsi nəzərdə tutulan 57-ci "Eurovision" müsabiqəsində iştirak edəcəyi ilə bağlı ilkin istəyini açıqlayıb. Almaniya, Avstriya, Belçika, Çexiya, Danimarka, Estoniya, Finlandiya, İsveç, Macarıstan, Niderland və Slovakiya həmin ölkələr sırasındadır.

Avropalılar özləri belə Avropaya azərbaycanlıların gözü ilə baxacaq.

Tofiq Əliyev

O.M.