"Running Scared"in ifaçıları Türkiyədə imza günü keçiriblər

"Running Scared"in ifaçıları Türkiyədə imza günü keçiriblər

18 İyun 2011 13:38
Bəyəndim (0) Bəyənmədim (0)

"Eurovision-2011" mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camalın Türkiyədə imza mərasimi keçirilib. İmzalı disk almaq üçün mərasimə saysız-hesabsız musiqisevər toplaşıb. Duet ortaqları Azərbaycana qalibiyyət gətirən "Running Scared" mahnısı yazılmış xüsusi CD-ləri həvəs və sevinclə imzalayıblar. Eyni zamanda, Eldar və Nigar onlarla xatirə şəkli çəkdirmək istəyənlərin də arzusunu yerinə yetiriblər.

İmzalanma mərasimindən razı qalan Eldar və Nigar planları haqda da məlumat veriblər. Müsahibə zamanı cütlük yenidən Türkiyəyə gələcəklərini, yeni mahnılardan ibarət konsert proqramı ilə çıxış edəcəklərini bildiriblər.

Bir millət-iki dövlət, ortaq zəfər-cəmi iki nəfər...

Könül Aypara

O.M.