Ankara Piano festivalınının açılışı Əzizə Mustafazadəyə həvalə ediləcək

Ankara Piano festivalınının açılışı Əzizə Mustafazadəyə həvalə ediləcək

28 Avqust 2014 13:10
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə Ankara Piano festivalı başlayıb. Festival çərçivəsində hər ay dünyaca məşhur və istedadlı pianoçular paytaxtda konsert verəcəklər. Ən maraqlısı isə budur ki, möhtəşəm festivalın açılışını azərbaycanlı sənətçi Əzizə Mustafazadə edəcək.
Triosu ilə birlikdə səhnə alan məşhur ifaçı, bəstəkar və musiqiçi Mustafazadə musiqisevərlərə möhtəşəm bir gecə yaşadacaq. Fusion və caz üslubunda olan əsərləri ilə bütün dünyada böyük diqqət görən azərbaycanlı sənətçi sehirli səsi ilə də dinləyiciləri heyran edəcək.
Aşiq Veysəlin "Uzun incə bir yoldayım" adlı əsəri də səsləndirən Əzizə Mustafazadəyə bas gitarada Ralf Cetto,zərb alətində isə Simon Zimbardo müşayət edəcək. Konsert proqramı avqust ayının 30-u "MEB Şura" adlanan məkanda gerçəkləşəcək.

Mediainfo.az