Bakıda ilk dəfə Beynəlxalq Şən və Hazırcavablar Klubunun yay festivalı keçiriləcək

Bakıda ilk dəfə Beynəlxalq Şən və Hazırcavablar Klubunun yay festivalı keçiriləcək

27 Avqust 2014 15:16
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda ilk dəfə Azərbaycan, Rusiya, Gürcüstan, Tatarıstan və s. ölkələrin komandalarının iştirakı ilə "Bakı tətilləri" adlı Beynəlxalq Şən və Hazırcavablar Klubunun (ŞHK) yay festivalı keçiriləcək.

Nizami Kino Mərkəzindən apa -ya verilən məlumata görə, festivalda Azərbaycanı "Sbornaya Baku" komandası təmsil edəcək. Avqustun 29-da Festivalın rəsmi açılışı, sentyabrın 2-də isə qala-konsert və Azərbaycan regional ŞHK liqasının yarımfinalı baş tutacaq.

Yarımfinal çərçivəsində qala-konsertin aparıcısı Aleksandr Maslyakov olacaq. Qeyd edək ki, Nizami Kino Mərkəzi festivala dəstək verən qurumlar sırasındadır.

Mediainfo.az