Necdət Ünüvar yaralı əsgərlərimizi ziyarət etdi - FOTO

Necdət Ünüvar yaralı əsgərlərimizi ziyarət etdi - FOTO

20 Avqust 2014 14:48
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyəli millət vəkili, Azərbaycan-Türkiyə dostluq qrupunun rəhbəri Necdət Ünüvar Türkiyədə müalicə alan azərbaycanlı əsgərlərlə görüşüb.

Mediainfo.az-ınn məlumatına görə, Atatürk Təhsil və Araşdırma xəstəxanasında müalicə alan əsgərləri ziyarət edən millət vəkili onların ən son vəziyyətləri ilə bağlı məlumat əldə edib.

Deputat ziyarətdən sonra mətbuat nümayəndələrinə açıqlama verib. O, Azərbaycana qarşı 20 ildən çoxdur davam edən işğal siyasətinə dünya birliyinin göstərdiyi laqeyd siyasəti tənqid edib:

"Dünya ictimaiyyəti 20 ildir ki, bu problemi həll edə bilmirlər. Sanki müharibə təkcə İraqda, Suriyada baş verir. Özlərini ədalətli göstərən ölkələr Ermənistanın Azərbaycana qarşı illərdi apardığı işğalçı siyasətinə susurlar. Minsk qrupu deyilən bir komissiya yaradıblar. Onların fəaliyyətsizliyi isə illərdi göz önündədir. Hələ prosesin xeyrinə heç bir iş görə bilməyiblər".

Ali Kan