“Miss High Life International” gözəllik yarışmasına xitam verilib

“Miss High Life International” gözəllik yarışmasına xitam verilib

15 Avqust 2014 12:09
Bəyəndim (0) Bəyənmədim (0)

Bu yaxınlarda Azərbaycanda daha bir gözəllik yarışmasına xitam verildi. Onu da əlavə edək ki, "Miss High Life International" adlı yarışma MDB məkanında ilk beynəlxalq gözəllik yarışması kimi tarixə düşdü.

Müsabiqənin təşkilatçısı Aqil Məmiyevin Mediainfo.az-a verdiyi açıqlamaya görə, münsiflər heyətində ölkəmizin tanınmış simaları iştirak ediblər. "Miss High Life International" yarışmasının birinci və ikinci yerlərinə layiq bilinən xanımlar ölkəmizi daha bir beynəlxalq yarışda təmsil edəcəklər. Məhz elə bu səbəbdən idi ki, seçim zamanı iştirakçıların əcnəbi dil bilmələrinə böyük üstünlük verilib.

Münsiflər heyətində xalq artisti, şöhrət ordenli, Bakı Bələdiyyə Teatrının direktoru Amaliya Pənahova, Dünya Moda Asossiasiyasının prezidenti Zamir Hüseynov, tanınmış təşkilatçı, "High life Fashion & Model Academy"-nin baş direktoru Aqil Məmiyev, dünyaca tanınmış "Cosmopolitan" jurnalının nümayəndəsi Əsmər Şahverdiyeva, "High Life Fashion & Model Academy"-nin prezidenti Mübariz Allahverdizadə, "İN Studio"nun direktoru Nigar İbarahimova, tanınmış model, dünyanın bir çox gözəllik müsabiqələrinin qalibi Anastasia Bern, iş adamı, tanınmış stilist Turan İşıklı iştirak ediblər.

42 yarımfinalçıdan 17 nəfəri finala vəsiqə qazanıb. Müsabiqənin qalibi tanınmış brendlərin, jurnalların, şirkətlərin siması olan Ramina Abbasova "Miss High Life İnternational Granprix" ödülünü alması ilə yanaşı, "Miss Cosmopolitan", "Miss Rixos" mükafatlarına da layiq görülüb. İkinci yerin sahibi Lalə Hüseynova "II Vice Miss High Life İnternational" mükafatının qalibi olub. Həmçinin, surpriz olaraq "Dünya Moda Asossiasiyası"nın prezidenti Zamir Hüseynov tərəfindən dünyanın tanınmış top model müsabiqələrinin birində ölkəmizi təmsil etmək şansını qazanıb.

Lalə Hüseynova eyni zamanda "Miss Rixos" ödülünə də layiq görülüb. Üçüncü yerin sahibi Nigar Hüseyni "III Vice Miss High Life İnternational" nominantına layiq görülüb. "Miss Baku", "Bakı gözəli" isə aktrisa model Pərvin Abıyeva seçilib. "Miss Şarm"a Emiliya Sultan, "Miss Glomur"a isə Günel Şirəliyeva layiq görülüblər.

Yarışma rəhbərliyi bütün finalçıları mükafatlarla sevindiriblər. Nəzərinizə çatdıraq ki, beynəlxalq müsabiqədə səhnəni gözəllərlə yanaşı "Dostlar" qrupu, "Turkvision" mahni müsabiqəsinin qalibi Fərid Həsənov, tanınmış reper AİD ləqəbli Orxan Zeynallı və Sofi Şah da bölüşüblər. Gecənin aparıcıları Tural Ozan, Nara Alisoy və Vəfa Osmanli olubi. Qeyd edək ki , müsabiqənin ardınca səhnəyə dünyaşöhrətli İnna da çıxıb. Onu da vurğulayaq ki, gələn ildən bu yarışmada dünyanın 90-dan çox ölkəsi iştirak edəcək.

Hazırladı: Könül Aypara