Türkiyədəki səfirimiz yaralı əsgərlərə baş çəkib - FOTO

Türkiyədəki səfirimiz yaralı əsgərlərə baş çəkib - FOTO

13 Avqust 2014 14:14
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov rəhbərlik etdiyi diplomatik nümayəndəliyin kollektivi ilə birlikdə Ankarada müalicə olunan yaralı Azərbaycan hərbiçilərinə baş çəkib.

Apa-nın məlumatına görə, xəstəxananın baş həkimi tərəfindən əsgərlərin sağlamlıq vəziyyəti, müalicələrinin təsiri barədə diplomatlara məlumat verilib. Hərbiçilərə Allahdan şəfa diləyən səfir Vətənin müdafiəsində göstərdikləri şücaətə görə onlara minnətdarlıq edib.

Azərbaycan əsgərləri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, Avropa İttifaqı üzrə nazir Mövlud Çavuşoğlu, Böyük Millət Məclisinin deputatı Şuay Alpay və digər rəsmilər, eləcə də ictimaiyyətin bütün təbəqələrini təmsil edən şəxslər tərəfindən də ziyarət olunublar.

Xatırladaq ki, təcavüzkar Ermənistanın hərbi birləşmələrinin hücumları zamanı yaralanmış Azərbaycan Silahlı Qüvvələrinin üç hərbçisi - Ədalət Məmmədov, Elvin Əsgərov və Sərxan Tahirzadə avqustun 9-da təyyarə ilə Türkiyəyə müalicəyə gətiriliblər.

Mediainfo.az