Şeyxin 65 illiyi Gürcüstanda qeyd ediləcək

Şeyxin 65 illiyi Gürcüstanda qeyd ediləcək

12 Avqust 2014 16:49
Bəyəndim (0) Bəyənmədim (0)

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə 65 illiyini Tiflisdə qeyd edəcək. QMİ-dən verilən məlumata görə, Gürcüstanın Katolikos Patriarxı II İlya Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəni Gürcüstana səfərə dəvət edib.

Avqustun 29-na nəzərdə tutulan səfərin məqsədi Şeyxülislam A. Paşazadənin anadan olmasının 65-ci ildönümünün Gürcüstanda qeyd edilməsidir.

Bu münasibətlə Tiflisdə xüsusi toplantı və təntənəli yubiley tədbirinin keçirilməsi, habelə Gürcüstan rəsmiləri tərəfindən qəbullar nəzərdə tutulur.

Mediainfo.az