Şahmar Ələkbərovun xatirə gecəsi keçiriləcək

Şahmar Ələkbərovun xatirə gecəsi keçiriləcək

12 Avqust 2014 14:12
Bəyəndim (0) Bəyənmədim (0)

Avqustun 14-də Nizami Kino Mərkəzində görkəmli kinoaktyor və rejissor Şahmar Ələkbərovun xatirə gecəsi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, tədbirdə Ş. Ələkbərov haqqında dostları və yaxınları xatirələrini bölüşəcək, aktyorun Azərbaycan kinosunun inkişafındakı xidmətlərindən söz açılacaq.

Xatirə gecəsində Ş. Ələkbərovun yaradıcılığını əks etdirən fotosərgi də nümayiş olunacaq.

Mediainfo.az