Sevinc Çılğın "Əsgərlərə kitab yardımı kampaniyası!"na qoşuldu

Sevinc Çılğın "Əsgərlərə kitab yardımı kampaniyası!"na qoşuldu

5 Avqust 2014 12:29
Bəyəndim (0) Bəyənmədim (0)

"Qanun Nəşrlər Evi" əsgərlərə kitab yardımı kampaniyasına start verib. Bu çağırışa kitab oxucuları ilə yanaşı bir çox nəşriyyat evləri də qoşulublar.

Bu gün tanınmış şairə Sevinc Çılğın da kampaniyaya qatılıb. O, "Zero" nəşriyyat evi adından 6 adda 300 ədəd kitab hədiyyə edib. Xatırladaq ki, cəbhə bölgəsində düşmənlə üz-üzə qalan, gecə-gündüz bilmədən vətənimizin keşiyində dayanan əsgərlərimizə kitab yardımı davam edir.

Hazırladı: Könül Aypara