Səddam Hüseyn filmdə rol alacaq

Səddam Hüseyn filmdə rol alacaq

10 İyun 2011 14:50
683
Bəyəndim (0) Bəyənmədim (0)


İngilis komediya ustası Saxa Baron Kohen yeni filmi "Diktator" üçün iş başına keçdi. Film dünyasında "Borat" adı ilə tanınan aktyor yeni filmində Səddam Hüseyni canlandırmağa hazırlaşır. 39 yaşlı Saxa Səddamın uniformalarına əsaslanaraq hazırlanan paltarlarla obyektiv qarşısına keçdi. Filmdə Səddam Hüseynə bənzəyən birinin Nyu-Yorkda yeni həyat qurmaq istəməsi planlarından söz açılır. Rejissor stulunda Lari Karlesin oturduğu filmdə Kohenlə birlikdə Anna Faris və Ben Kinqsley də görünəcəklər.

Səddam artıq istəsə də, Nyu-Yorkda yaşaya bilməz...

Günel Həbib

O.M.