“Eurovision-2012”yə hazırlıqla əlaqədar xüsusi Tədbirlər Planı hazırlanır

“Eurovision-2012”yə hazırlıqla əlaqədar xüsusi Tədbirlər Planı hazırlanır

9 İyun 2011 17:40
906
Bəyəndim (0) Bəyənmədim (0)

Ölkəmizdə keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsinə hazırlıqla əlaqədar Mədəniyyət və Turizm Nazirliyində xüsusi Tədbirlər Planı hazırlanır. Tədbirlər planında Bakıda keçirilməsi nəzərdə tutulan 57-ci "Eurovision" müsabiqəsi ilə bağlı əsas vəzifələr, öhdəliklər, eləcə də vacib məqamlar əksini tapacaq.

Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, ölkə başçısının xüsusi sərəncamı ilə "Eurovision-2012" müsabiqəsinə hazırlıq üçün yaradılmış və ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinə daxil olan bütün digər qurumlarda da bu prosesə start verilib. Təşkilat Komitəsinə daxil olan aidiyyəti qurumların hər biri öz sahəsinə uyğun xüsusi Tədbirlər Planı hazırlayır.

Biz Avropaya sığışa bilmədik. Avropa Azərbaycana sığışacaq.

Tofiq Əliyev

O.M.