"Molla Pənah Vaqif" haqda çəkilmiş film artıq hazırdır

"Molla Pənah Vaqif" haqda çəkilmiş film artıq hazırdır

9 İyun 2011 14:33
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətində (AzTV) "Molla Pənah Vaqif" sənədli televiziya filminin istehsalı başa çatıb. Görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin həyat və yaradıcılığına həsr olunmuş filmdə onun taleyinin müxtəlif məqamları əksini tapıb. Ekran əsərində şairin qoşmalarından, qəzəllərindən, müxəmməslərindən, məsnəvilərindən istifadə edilib. Çəkilişlər Qazax rayonunun Şıxlı və Salahlı kəndlərində aparılıb. Filmin ssenari müəllifi Əhməd Oğuz, rejissoru Namiq Ağayev, operatoru Elxan Rüstəmovdur.

Hər oxuyan Molla Pənah olmaz.

Könül Aypara

O.M.