Yuğ Teatrında "Mühacirlər" pyesi müzakirə olunacaq

Yuğ Teatrında "Mühacirlər" pyesi müzakirə olunacaq

9 İyun 2011 14:37
Bəyəndim (0) Bəyənmədim (0)

İyunun 10-da Dövlət Yuğ Teatrında beynəlxalq layihə çərçivəsində, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Slovomir Mrojekin "Mühacirlər" pyesinin ictimai qiraəti və müzakirəsi keçiriləcək.

"EURODRAM" Avropanın teatr sahəsində tərcümə üzrə iş şəbəkəsi və MEO - Avropa və Şərq Evi beynəlxalq təşkilatları Avropanın müxtəlif ölkələrində pyeslərin ictimai qiraətini və müzakirəsini təşkil edirlər. Adları çəkilən təşkilatlar Azərbaycanda da belə bir tədbirin keçirilməsi təklifi ilə çıxış etmişlər.

Həyat da bir teatrdır. Hərənin bir rolu var.

Könül Aypara

O.M.