Dünyaca məşhur gitaraçı Azərbaycandadır

Dünyaca məşhur gitaraçı Azərbaycandadır

9 İyun 2011 14:21
Bəyəndim (0) Bəyənmədim (0)

Niderlandda yaşayan tanınmış rusiyalı gitaraçı, beynəlxalq müsabiqələr laureatı İrina Kulikova uşaq musiqi və incəsənət məktəblərində klassik gitara ixtisası üzrə ustad dərsləri keçmək üçün Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Bakıya dəvət olunmuşdu. Bu gün İ.Kulikova Səbail rayonundakı Tofiq Quliyev adına 12 nömrəli onbirillik uşaq musiqi məktəbində uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün ustad dərsləri keçib. Tədbirdə istedadlı musiqiçinin həyat və yaradıcılığından söz açılıb. Dünyanın 20-dən çox ölkəsində konsert proqramları ilə çıxış edən, ən nüfuzlu beynəlxalq müsabiqələrdə 1-ci yerə layiq görülən İ. Kulikova hazırda Hollandiyada yaşayır və fəaliyyət göstərir.

Dərslərin əsas məqsədi şagirdlərin yaradıcılıq potensialını üzə çıxarmaq, onların ifaçılıq mədəniyyətini zənginləşdirmək, klassik və müasir musiqi ifasının təsirindən həzz almaqdır.
Rusiyalı gitaraçı şagirdlərin gitarada ifalarını da dinləyib, diskussiya aparıb, hətta məşhur bəstəkarların kompozisiyalarını ifa edib. Dünyanın bir çox ölkələrində ustad dərsləri keçmiş tanınmış rusiyalı gitaraçının ifası məktəbin şagirdlərini heyran edib.

Musiqi ruhun qidasıdır. Bu gün şagirdlər faydalı şəkildə qidalandılar...

Könül Aypara

O.M.