Bir ildən sonra görüşərik, Ceyms Bond!

Bir ildən sonra görüşərik, Ceyms Bond!

7 İyun 2011 15:13
817
Bəyəndim (0) Bəyənmədim (0)

Film həvəskarlarına müjdə! Gələn ilin 26 oktyabrında "Ceyms Bond" silsiləsinin yeni bölümünü izləmə imkanına malik olacaqsınız. Belə ki, "Agent 007", ya da digər adı ilə məşhur olan Ceyms Bondun 26-cı bölümü gələn ilin payızında (26 oktyabr 2012) Avropa və Türkiyədə ekranlarında görünəcək. Amerikadan iki həftə öncə Avropada nümayiş olunacaq filmdə yeni Bond - Daniyel Kreyq kraliçanın xidmətində macəradan macəraya qaçacaq. Adı hələ bilinməyən filmin rejissoru isə Sam Mendes olacaq.

Bölümü payızda sayarlar.

Günel Həbib

O.M.