Mehriban Əliyeva Roma Papası ilə görüşüb

Mehriban Əliyeva Roma Papası ilə görüşüb

4 İyun 2014 10:44
Bəyəndim (0) Bəyənmədim (0)
Birinci xanım Romada N.Gəncəvinin abidəsinin ucaldılmasına görə merə minnətdarlığını bildirib

İtaliyada səfərdə olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iyunun 3-də Roma şəhərinin meri İqnatsio Marino ilə görüşüb. Görüş zamanı Azərbaycanla İtaliya arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyən Roma meri bu əməkdaşlıqdan məmnunluğunu dilə gətirib. İ.Marino dövlətlərimiz arasında humanitar, iqtisadi, siyasi, energetika və digər sahələrdə geniş əlaqələrin olduğunu bildirib, münasibətlərimizin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.

Roma meri Azərbaycanın qədim və zəngin mədəniyyətə malik bir ölkə olduğunu vurğulayıb, mədəniyyətimizin təbliği istiqamətində Heydər Əliyev Fondu tərəfindən görülən işləri yüksək qiymətləndirib. O, Romanın Kapitolini Muzeyinin "Filosoflar zalı"nda Heydər Əliyev Fondunun dəstəyi ilə təmir işlərinin aparılmasına görə M.Əliyevaya minnətdarlığını bildirib.

M. Əliyeva keçirilən görüşün əhəmiyyətini vurğulayaraq, Fond tərəfindən Vatikanda görülən işlərdən danışıb. Romada Nizami Gəncəvinin abidəsinin ucaldılmasına görə bir daha bu şəhərin merinə minnətdarlığını bildirən Azərbaycanın birinci xanımı İ.Marinonu ölkəmizə səfərə dəvət edib. Roma şəhərinin meri dəvəti məmnunluqla qəbul edib. Görüşdə gələcəkdə də ölkələrimiz arasında əlaqələrin genişlənməsinə dair fikir mübadiləsi aparılıb.

Sonra M. Əliyevaya Romanın mərkəzi küçələrindən biri olan Alezandrina küçəsində başlanılan arxeoloji qazıntılar barədə məlumat verilib. Roma şəhərinin meri bu layihəni ölkəmizlə birgə həyata keçirmək arzusunda olduğunu söyləyib. M. Əliyeva Heydər Əliyev Fondunun İtaliya ilə elm, mədəniyyət və digər sahələrdə birgə layihələr həyata keçirməkdə hər zaman maraqlı olduğunu bildirib.

Mediainfo.az