Gürcüstanlı gənclər Quba Soyqırımı Memorial Kompleksində olublar

Gürcüstanlı gənclər Quba Soyqırımı Memorial Kompleksində olublar

3 İyun 2014 15:36
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstanlı gənclər Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

"Qafqazinfo" xəbər verir ki, millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, SOCAR Georgia, Azərbaycanın Gürcüstandakı səfirliyinin və Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin dəstəyi ilə Azərbaycana gələn Gürcüstan gənclərindən ibarət 30 nəfərlik nümayəndə heyətinə erməni silahlı dəstələri və erməni terror təşkilatlarının 20-ci əsrin əvvəllərində Azərbaycanın müxtəlif bölgələrində törətdiyi dəhşətli soyqırım barədə geniş məlumat verib və bu soyqırım zamanı 10 minlərlə dinc azərbaycanlının qətlə yetirildiyini bildirib.

Gürcüstan gənclərinə Bakı, Quba, Şamaxıda erməni silahlı dəstələrinin törətdiyi soyqırımları özündə əks etdirən "Azərbaycan həqiqətləri" filmlər kataloqunu hədiyyə edən millət vəkili, Azərbaycan - Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Qənirə Paşayeva dinindən, milli mənsubiyyətindən asılı olmayaraq insanlığın yanıda olan hər kəsin bu faciələrə duyarsız qalmamasının vacibliyini bildirib və o, Azərbaycan həqiqətlərinin Gürcüstanda doğru şəkildə yayılmasında gənclərin rolunun çox önəmli olduğunu deyib. Quba rayonunda Quba Soyqırım Memorial kompleksini ziyarət edən gənclər gördükləri mənzərədən, mülkü insanlara qarşı törədilmiş bu dəhşətli faciədən böyük üzüntü duyuruq deyiblər. Gənclərə Quba Soyqırımı məzarlığı, memorial kompleks haqqında, 1918-ci il martın sonunda erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlar, soyqırımlar və onun acı nəticələri barədə geniş məlumatlar verilib. "Günahsız insanların, özəlliklə körpə uşaqların, qadınların, yaşlı insanların işgəncələrlə öldürülməsini, məsələn, insanların başlarına mismar çalınaraq, yaxud küt alətlərlə qətlə yetirildiyini, qətliam qurbanlarının toplu halda su quyusuna doldurularaq üstlərinin qapadıldığını düşünmək belə ağırdır. Quba Soyqırımı Məzarlığı ermənilərin Azərbaycan xalqına tək XX əsrin sonlarında deyil, həm də əvvəllərində soyqırım törətdiyini bir daha sübut edir."

Mediainfo.az