Misir Mədəniyyət günləri başlandı

Misir Mədəniyyət günləri başlandı

3 İyun 2014 11:44
Bəyəndim (0) Bəyənmədim (0)

Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycanda Misir Mədəniyyət Günlərinin açılışı olub. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev bildirib ki, iki qardaş ölkə arasında mədəni əlaqələr qədim tarixə malikdir və müvəffəqiyyətlə inkişaf edir: "2005-ci ildə Misirdə ilk dəfə olaraq Azərbaycan Mədəniyyət Günləri keçirilib. Bu gün bakılılar Misir incəsənəti ilə daha yaxından tanış ola biləcəklər. Mahnı Teatrının səhnəsində "İsmailiyyə" folklor ansamblı çıxış edəcək. Azərbaycanda Misir Mədəniyyət Günləri münasibətilə "1969" Qalereyasında sərgi də açılıb. Sərginin eksponatları arasında bədii əsərlər, dekorativ-tətbiqi sənət nümunələri və fotoşəkillər var".

Misirin Azərbaycandakı səfirinin müavini Haysam Calal çıxış edərək bildirib ki, Misirlə Azərbaycanı ümumi mədəni və dini ənənələr birləşdirir: "Qədim zamanlarda bir çox xalqların nümayəndələrinin yaşadıqları Misir həmişə tolerant ölkə olub. Azərbaycanı da məhz belə tolerantlıq fərqləndirir". H. Calal əlavə edib ki, gələn il Misirdə Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. Azərbaycanda Misir Mədəniyyəti Günləri iyunun 7-də başa çatacaq.

Mediainfo.az