"Şeyx Nizami" əsəri tamaşaçılarla görüşə gələcək

"Şeyx Nizami" əsəri tamaşaçılarla görüşə gələcək

1 İyun 2011 12:44
863
Bəyəndim (0) Bəyənmədim (0)


Dramaturq Oqtay Altunbayın "Şeyx Nizami" əsəri bir neçə ildir ki, Gəncə Dövlət Dram Teatrının səhnəsində uğurla oynanılır. Tamaşaçılar tərəfindən rəğbətlə qarşılandığını nəzərə alan Gəncədəki Nizami Poeziya Teatrının kollektivi əsəri meydan tamaşası kimi teatrsevərlərə təqdim etməyi qərara alıb. Artıq bir neçə gündür ki, tamaşanın məşqləri gedir.

Teatrın direktoru Əli Qasımov poeziya teatrında göstəriləcək tamaşanın ssenarisində də bəzi dəyişikliklər edildiyini, açıq hava üçün uyğunlaşdırıldığını bildirib. Tanınmış aktyorların iştirakı ilə hazırlanan əsər yaxın vaxtlarda tamaşaçılara təqdim olunacaq.

Könül Aypara

O.M.