“Eurovision-2012”-nin keçirilməsi üçün yeni konsert kompleksi 8 aya tikilməlidir”

“Eurovision-2012”-nin keçirilməsi üçün yeni konsert kompleksi 8 aya tikilməlidir”

31 May 2011 17:59
Bəyəndim (0) Bəyənmədim (0)

Gənclər və İdman naziri Azad Rəhimov açıqlamasında bildirib ki, Eurovision-2012" müsabiqəsinin keçirilməsi ilə bağlı yeni konsert kompleksinin tikilməsi üçün elə bir şirkət tapmaq lazımdır ki, həmin şirkət 8 ay ərzində 15-25 min nəfərlik zal tikib istifadəyə verə bilsin. Əks halda, müsabiqəni müəyyən təmir işlərindən sonra Tofiq Bəhramov adına Respublika Stadionda və ya Heydər Əliyev adına İdman-Konsert Kompleksində də keçirmək olar.

Nazir qeyd edib ki, belə şirkət tapılsa, tikintini həyata keçirmək üçün Bakıda çox gözəl yerlər var. Buna misal olaraq Dənizkənarı Milli Parkı və Bayraq Meydanı yerləşən ərazini göstərmək olar.

"Tələsən təndirə düşər", deyiblər. Lətifəsi bizdən uzaq.

Tofiq Əliyev

O.M.