Uşaqlara yeni film nümayiş olunacaq

Uşaqlara yeni film nümayiş olunacaq

31 May 2011 14:00
Bəyəndim (0) Bəyənmədim (0)

İyunun 1-də Teatr Xadimləri İttifaqının tamaşa zalında "Onun ürəyi" yeni bədii-musiqili Azərbaycan filminin yaradıcı heyətinin uşaqlarla görüşü keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən KİV-ə bildirilib ki, 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunacaq görüş çərçivəsində, həmçinin yeni film uşaqlara təqdim ediləcək.

Kinomuzda uzun illər müraciət olunmayan müzikl janrında çəkilmiş bu filmə rejissor Samir Kərimoğlu quruluş verib. Ekran əsərinə musiqini Vüqar Camalzadə bəstələyib. Yeni filmi operator Nadir Mehdiyev lentə alıb. Kompüter qrafikasından geniş istifadə olunan nağıl filmində baş rolları Murad Abdullayev, Aysel İbrahimova və Aygün Rəhimova ifa ediblər. Tədbirin təşkilatçıları yeni filmin nümayişindən əlavə, uşaqlar üçün bir neçə sürpriz də hazırlayıb.

Uşaqlar bizim gələcəyimizdir.

Könül Aypara

O.M.