Bu dəfə türklərə beldən aşağı vurdular

Bu dəfə türklərə beldən aşağı vurdular

31 May 2011 13:28
Bəyəndim (0) Bəyənmədim (0)

Bu günə qədər türmələrdəki pis şərait, "erməni soyqırımı" və insan haqlarının pozulması ilə müzakirə olunan Türkiyə bu dəfə Hollivud dünyasının gündəmindədir.

Son bir neçə gündür nümayiş olunan "Naməlum" adlı filmdə Liam Nisonla Diana Kruger baş rolları paylaşdılar. Filmdə türklərin cinsi həyatlarındakı problemlər istehza ilə dilə gətirildi. Berlində gerçəkləşdirilən filmin ssenarisində Nisonun canlandırdığı xarakter Krugerin can verdiyi Ginanın mənzilinə gedir. O anda yan mənzildən sevişmə səsləri gəlir. Səs-küyü eşidən Nison, "Burada necə yatırsan?" - deyə qıza sual verir. O isə, "Narahat olma, çox çəkmir", - deyir və türk cütlüyün sevişmə səhnəsi 2 saniyə sonra bitir. Filmdə türk dilindəki ünsürlər bununla da bitmir. Belə ki, "Naməlum"da tez-tez türk dilində bayağı kəlmələr yer alır. "Naməlum" bu il Hollivudun ən çox gəlir gətirən filmləri arasında yer almağı bacardı. Filmdə qəzaya uğrayan və şəxsiyyətini itirən birinin həyat hekayəsindən bəhs edilir.

Türkün sevgisi də nifrəti kimi güclü olur. Bunu Hollivud ulduzları bilməmiş deyillər...

Günel Həbib

O.M.