Dağıstanda Beynəlxalq xalq yaradıcılığı festivalı keçiriləcək

Dağıstanda Beynəlxalq xalq yaradıcılığı festivalı keçiriləcək

31 May 2011 10:25
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində iyunun 2-dən 6-dək "Xəzərin dostluq sahilləri" adlı Beynəlxalq xalq yaradıcılığı festivalı keçiriləcəkdir. Rusiya dövlətinin müvafiq qurumlarının təşkilatçılığı ilə keçiriləcək tədbirdə Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan, Rusiyanın Kalmık Respublikasından və Həştərxan vilayətindən nümayəndələr iştirak edəcəklər.

Tədbirin məqsədi Xəzərətrafı ölkələrin xalqları arasında mədəni əlaqələri və əməkdaşlıq perspektivlərini genişləndirməkdir.

Təşkilatçıların fikrincə, Xəzərətrafı ölkələrin mədəni potensialı, qarşılıqlı mədəni təsiri onlar arasında ictimai münasibətlərin bütün sahələrinə pozitiv təsir göstərmək imkanına malikdir. Festival sülhü, stabilliyi, mehriban qonşuluq siyasətini qorumağa çağırış ruhunda keçiriləcəkdir.

Mədəniyyətlər mədəni niyyətlə təbliğ olunacaq.

Tofiq Əliyev

O.M.