Səfir rusdilli yazarları mükafatlandırıb

Səfir rusdilli yazarları mükafatlandırıb

12 Fevral 2014 14:45
511
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinin təsis etdiyi ədəbiyyat mükafatının təltifetmə mərasimi keçirilib. Apa-nın məlumatına görə, mərasim Rusiya səfirliyində keçirilib.

Tədbirdə çıxış edən V.Doroxin qeyd edib ki, artıb ikinci dəfədir bu mükafat Azərbaycanda yaşayan və rus dilində yazan incəsənət xadimlərinə verilir: "Bu mükafatın təsis edilməsinin iki motivi var idi. Birincisi, Rusiya dövlətinin təmsilçiləri kimi, biz xaricdə rus dilini, mədəniyyətini dəstəkləməliyik. İkinci motiv isə ondan ibarətdir ki, mən şəxsən özüm incəsənəti xoşlayıram. Şadam ki, Azərbaycanda bunun üçün şərait var. Burada rusdilli mədəniyyət və ədəbiyyat mövcuddur, Azərbaycanın iki xalq yazıçısı Maqsud İbrahimbəyov və Çinqiz Abdullayev öz əsərlərini rus dilində yazırlar".

Sonra səfir V.Doroxin "Azərbaycanda rusdilli esseistikaya verdiyi yaradıcılıq töhfələrinə görə" nominasiyasında jurnalist, musiqişünas, bir neçə kitabın və esselərin müəllifi Natəvan Ağayevanı, "Azərbaycanda rusdilli ədəbiyyata verdiyi yaradıcılıq töhfələrinə görə" nominasiyasında isə jurnalist, musiqiçi Azər Əfəndiyevi mükafatlandırıb.

Səfir qeyd edib ki, qalibləri özü seçib.

Tədbirin sonunda V.Doroxin hər iki qalibin əsərlərindən bir parçanı tədbir iştirakçılarına oxuyub.