Türklər yazdı: "Niyə ilk qovulan Aslanova oldu?"

Türklər yazdı: "Niyə ilk qovulan Aslanova oldu?"

12 Fevral 2014 10:25
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə mətbuatı dekolteli geyimi ilə efirə çıxdığı üçün işdən uzaqlaşdırılan aparıcı, həkim-kosmetoloq Leyla Aslanova haqqında yazıb. "Hürriyet" qəzetində yazılan məqalədə İTV-də yayımlanan "Siluet" verilişinin aparıcısı Leyla Aslanovanın sinə dekoltesi ucbatından kanaldan qovulduğu bildirilib:

"İTV-nin mətbuat katibi Teymur Abdullayev Aslanovanın işdən çıxarılma səbəbinin dərin dekolte olduğunu bildirib. O, belə bir qərarın verilməsində sosial şəbəkələrdə müzakirə olunaraq kanalın imicinə zərər gəlməsini səbəb göstərib. Baş verən bu haldan sonra ölkədə yeni bir müzakirə mövzusu açılıb. "TV-lərdə dekolteli aparıcılar çox olsa da, niyə ilk qovulan Aslanova oldu?" kimi suallar ortaya çıxıb.

Yazılan şərhlər arasında sinəsi açıq dərin dekolte bəzi qadınları daha gözəl, bəzilərini isə daha çirkin etdiyi qeyd edilib. Görünür, Aslanova ikinci kateqoriyaya daxil edilib."

Qeyd edək ki, həmçinin Türkiyədə bir müddət əvvəl Gözde Kansunun dekoltesi səbəbilə işindən qovulduğunu misal göstərərək, Leyla Aslanovanı onunla müqayisə ediblər.