Şuşanın Malıbəyli kəndinin işğalının 22-ci ildönümü münasibətilə tədbir keçirilib

Şuşanın Malıbəyli kəndinin işğalının 22-ci ildönümü münasibətilə tədbir keçirilib

11 Fevral 2014 14:59
502
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Malıbəyli kənd Musiqi Məktəbində Şuşa rayonunun Malıbəyli kəndinin ermənilər tərəfindən işğalının 22-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyi, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən kənd icra nümayəndəsi Müzəffər Babayev işğala məruz qalan Malıbəyli kəndinin sakinlərinin düşmənə qarşı mübarizəsindən danışıb. Onun sözlərinə görə, yalnız Malıbəyli kəndinin qorunması istiqamətində gedən döyüşlərdə 14 kənd sakini qəhrəmancasına şəhid olub. M.Babayev işğal altındakı torpaqların azad olunacağına əminliyini vurğulayıb.

Sonra şagirdlərin iştirakı ilə Malıbəyli kəndinin işğalına həsr olunmuş kompozisiya nümayiş etdirilib.

"Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov isə bildirib ki, bu gün Azərbaycan dövləti öz torpaqlarını işğaldan azad etmək gücündədir: "Çünki bu gün Azərbaycan inkişaf edir, ordumuz müasir silahlarla təmin olunub. Azərbaycan bölgənin lider ölkəsidir. Güclü ordumuzla biz nəinki Qarabağı, həmçinin tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisini də ermənilərdən təmizləməyə qadirdir. Ona görə də mən sizi əmin edirəm ki, işğal olunmuş torpaqlarımızı azad edəcəyik, həmin ərazilərdə yenidən quruculuq işləri aparacağıq".

Sonra şəhid ailələri çıxış edərək, bir gün işğal altındakı torpaqlara qayıdacağımıza əminliklərini vurğulayıblar.