Starta basıldı: Qalib olan iştirakçı “Eurovision 2014” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək

Starta basıldı: Qalib olan iştirakçı “Eurovision 2014” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək

11 Fevral 2014 12:40
Bəyəndim (0) Bəyənmədim (0)
“Böyük Səhnə” vokal layihəsinin 14 iştirakçısı bəlli oldu

İTV telekanalında yayımlanan "Böyük Səhnə" beynəlxalq vokal layihəsinin münsiflər heyəti 12 iştirakçı əvəzinə 14 nəfər iştirakçı seçdi.

Mediainfo.az xəbər verir ki, münsiflər heyəti - Heydər Əliyev Sarayının baş rejissoru Gülçöhrə Şəfiyeva, Azərbaycanın caz ifa edən ilk qadın müğənnilərindən olan Tünzalə Qəhrəman, əməkdar artist Sevda Ələkbərzadə, müğənni İlhamə Qasımova və İTV telekanalının məşhur aparıcısı Saleh Bağırov iki ifaçını diqqətdən kənarda saxlaya bilmədi və nəticədə şounun iştirakçıları siyahısına 14 ifaçı daxil oldu.

Seçilmiş iştirakçıların siyahısını sizə təqdim edirik:

1. Azad Şabanov

2. Erkin Osmanlı

3. Hülya İbadova

4. Fuad Əsədov

5. Safa Eldar

6. "Wave Wave" qrupu

7. Dilarə Kazımova

8. Xana Həsənova

9. Valeriya Hüseynzadə

10. Elton İbrahimov

11. Aydın Eyvazzadə

12. Ayşəbəyim Nağıyeva

13. Lalə Sultan

14. Samirə Əfəndiyeva

Qeyd edək ki, "Böyük Səhnə" beynəlxalq vokal layihəsinin qalibi Azərbaycanı 6-10 may tarixlərində Danimarka Respublikasının paytaxtı Kopenhagendə keçiriləcək olan "Eurovision 2014" mahnı müsabiqəsində təmsil edəcək.