“Azərbaycan Ordusu” qəzetinin 22 yaşı tamam olur

“Azərbaycan Ordusu” qəzetinin 22 yaşı tamam olur

11 Fevral 2014 12:35
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Müdafiə Nazirliyinin orqanı "Azərbaycan Ordusu" qəzetinin 22 yaşı tamam olur. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Açıqlamada deyilir ki, Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra ilk hərbi mətbuat orqanı kimi "Xalq Ordusu" adlanan qəzetin birinci nömrəsi 1992-ci ilin fevral ayının 11-də çıxıb: "İlk hərbi qəzetin ərsəyə gəlməsi o zaman Azərbaycanın ictimai həyatında mühüm bir hadisəyə çevrilərək vətənpərvər insanların böyük marağına səbəb oldu. Həmin ağır günlərdə hər şeydən öncə "Azərbaycan Ordusu" qəzeti getdikcə genişlənən Qarabağ müharibəsini, o cümlədən cəbhədə baş verən qanlı hadisələri operativ işıqlandırmağa və düşmənə qarşı ölüm-dirim mübarizəsi aparan vətən oğullarının döyüş ruhunu yüksəldən zabitlərimizə yardımçı olmağa çalışırdı və buna da nail olurdu".