Azərbaycanda “Milli mətbəx mədəniyyəti haqqında” qanun layihəsi hazırlanır

Azərbaycanda “Milli mətbəx mədəniyyəti haqqında” qanun layihəsi hazırlanır

7 Fevral 2014 13:40
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda Şərq ölkələrində ilk dəfə olaraq milli mətbəx mədəniyyəti ilə bağlı qanun layihəsi hazırlanır.

Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Nizami Cəfərov bildirib ki, bu, "Milli mətbəx mədəniyyəti haqqında" qanun layihəsidir.O qeyd edib ki, yeni qanun Azərbaycan mədəniyyətinin tərkib hissəsi olan milli mətbəx mədəniyyətinin qorunub saxlanılması, öyrənilməsi, təbliği və inkişaf etdirilməsi ilə əlaqədar münasibətləri tənzimləyəcək. Eyni zamanda baş verən plagiat hallarına qarşı qabaqlayıcı tədbirlərin görülməsi üçün hüquqi baza olacaq.