2014-cü ilin “Xalq Yaradıcılığı Paytaxtları”

2014-cü ilin “Xalq Yaradıcılığı Paytaxtları”

5 Fevral 2014 15:41
Bəyəndim (0) Bəyənmədim (0)
Mədəniyyət və Turizm nazirinin əmri ilə 2014-cü ilin “Xalq Yaradıcılığı Paytaxtları” bəlli olub

Nazirlikdən verilən məlumata görə, Qəbələ "Azərbaycanın əfsanələr paytaxtı", Balakən "Folklor paytaxtı", Abşeron rayonu "Sənətkarlıq paytaxtı" elan edilib.

Nazirlikdən bildiriblər ki, 2010-2014-cü illər üçün "Xalq Yaradıcılığı Paytaxtları" proqramı Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, dəstəklənməsi, xalq yaradıcılığının təbliği və təşviqi istiqamətində aparılan islahatların davamı olaraq həyata keçirilir.

Proqramın icrası ilə əlaqədar diyarşünaslıq, folklor və sənətkarlıq nominasiyaları üzrə daxil olmuş təkliflər namizəd şəhərlərin ümumi hazırlığı, tarixi ənənələri və digər amillər nəzərə alınmaqla təhlil edilir. Paytaxt elan olunan bölgələrdə il ərzində milli folklor ustaları və kollektivlərinin çıxışları təmin edilir, sənətkarların əl işlərindən ibarət sərgilər təşkil olunur, daxili və xarici turizmin inkişafı istiqamətində müxtəlif layihələr reallaşdırılır.

Xatırladaq ki, 2013-cü ilin "Xalq Yaradıcılığı Paytaxtları" Xaçmaz, Zaqatala və Göygöl idi