Gənclər və İdman Nazirliyi "Gənclər günü" ilə bağlı Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Gənclər və İdman Nazirliyi "Gənclər günü" ilə bağlı Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

3 Fevral 2014 12:54
Bəyəndim (0) Bəyənmədim (0)

Gənclər və İdman Nazirliyinin nümayəndələri 2 Fevral Gənclər günü ilə bağlı Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

Gənclər və idman naziri Azad Rəhimov, nazir müavini İntiqam Babayev, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və bir sıra QHT nümayəndələri ziyarətçilər arasında olub.A.Rəhimov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan gənc ölkədir və burada faiz baxımından gənclər çoxluq təşkil edir: "Bu gənc ölkə sözsüz ki, gələcəyə çox böyük inamla baxır. Biz gənclərimizin parlaq gələcək qurduğunun şahidiyik. Hazırda gənclərin fəaliyyəti, xaricdə təhsil alması sübut edir ki, Azərbaycanın gələcəyi parlaqdır".

Nazir onu da deyib ki, fevralın 5-də ölkə prezidenti İlham Əliyevin gənclər üçün hazırlanmış mükafatı öz sahiblərinə təqdim olunacaq.

Nazir bildirib ki, mükafat əsasən 4 nominasiyada - elm, təhsil, mədəniyyət və ictimai işlərlə bağlı olacaq: " Bu "Azərbaycan gəncliyi 2011-20115-ci illərdə" Dövlət Proqramı çərçivəsində atılan addımdır. Çox şadıq ki, belə yüksək mükafat bizim gənclərimizə təqdim olunacaq".

A.Rəhimov vurğulayıb ki, bu il Azərbaycanda gənclərlə bağlı çox sayda müxtəlif tədbirlər həyata keçiriləcək: "Buraya milli intellektual oyunların keçirilməsi, Azərbaycan gənclərinin forumu və sairə tədbirlər daxildir".

Nazir deyib ki, Azərbaycanda gənclərlə bağlı idman sahəsində də müxtəlif tədbirlər həyata keçiriləcək. Onun sözlərinə görə, bu sırada dünya idman jurnalistlərinin konqresi də olacaq: "Bir sözlə, qarşıda çox maraqlı il yaşayacağıq. Bu il də gəncləri çox fəal olmağa çağırıram".