Prezident Qara Qarayevin abidəsinin açılışında iştirak edib

Prezident Qara Qarayevin abidəsinin açılışında iştirak edib

3 Fevral 2014 12:20
500
Bəyəndim (0) Bəyənmədim (0)
Mehriban Əliyeva da mərasimdə olub

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva fevralın 3-də Bakının 28 May küçəsində bəstəkar Qara Qarayevin abidəsinin açılışında iştirak ediblər.

Hündürlüyü 3 metr olan, qranitdən hazırlanmış abidənin müəllifi xalq rəssamı Fazil Nəcəfovdur. Abidənin ətrafında geniş abadlıq işləri aparılıb. Dövlət başçısı mərasimdə çıxış edib.

Bakı Musiqi Akademiyasının rektoru, xalq Artisti Fərhad Bədəlbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Qara Qarayevin tələbəsi, xalq artisti, bəstəkar Arif Məlikov Qara Qarayevin Azərbaycan musiqisinin inkişafındakı xidmətlərindən danışıb, xatirələrini bölüşüb, Azərbaycan musiqi sənətinin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına təşəkkür ediblər.

Bəstəkarın oğlu, Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru, Əməkdar İncəsənət Xadimi, bəstəkar Fərəc Qarayev çıxış edərək atasının xatirəsinə ucaldılmış abidəyə görə ailələri adından minnətdarlığını bildirib.

Sonra prezident abidənin üzərindəki örtüyü götürüb.

Dövlət başçısı və xanımı abidənin önünə gül dəstəsi qoyublar.