Səmərqənddə həmyerlimizin yubileyi təşkil olunub

Səmərqənddə həmyerlimizin yubileyi təşkil olunub

26 May 2011 02:26
Bəyəndim (0) Bəyənmədim (0)

Əlişir Nəvai adına Səmərqənd Dövlət Universitetinin professoru Səxavət Ociyevin 60 illiyi ilə əlaqədar tədbir keçirilmişdir. Universitetin rektoru, professor Teymir Şirinov tədbiri açaraq S.Ociyevin həyatı və fəaliyyəti haqqında məlumat vermişdir. Rektor demişdir ki, yubilyar Azərbaycanda doğulsa da, gənclik dövründən bu qədim şəhərə gəlmiş, hazırda çalışdığı universiteti bitirmiş, müxtəlif vəzifələrdə işləmiş, sonra isə fəaliyyətini bu elm müəssisəsi ilə bağlamışdır. Səxavət Ociyev Səmərqənddə yaşayan tanınmış azərbaycanlılar haqqında həm Özbəkistan, həm də Azərbaycan mətbuatında məqalələrlə çıxış etmiş, bu şəhərdə yaşamış alim, maarifçi, jurnalist və tərcüməçi Seyid Rza Əlizadənin maarifçilik və jurnalistlik fəaliyyəti ilə əlaqədar dissertasiya yazmış və Bakıda müdafiə etmişdir. Pedoqoji fakültənin dekanı Tahir Qurbanov, Səmərqənddə çap edilən "Maharat" jurnalının baş redaktoru Əsədulla Şükürov və başqaları Səxavət Ociyevi bir alim və dost kimi xarakterizə etmişlər. Tələbələr müəllimləri haqqında ürək sözlərini demiş, şeirlərini oxumuşlar. Sonra Səxavət Ociyev tələbələrin çoxsaylı suallarına cavab vermişdir.

Könül Aypara