"Park Bulvar"da sərgi açılacaq

"Park Bulvar"da sərgi açılacaq

26 May 2011 01:19
Bəyəndim (0) Bəyənmədim (0)

Mayın 27-dən 29-dək "Park Bulvar" ticarət və istirahət mərkəzində "AccessBank"ın baş sponsorluğu və "Birliyə Doğru" Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyinin təşkilatçılığı ilə 28 May - Respublika Gününə həsr olunmuş "Asan arzular" adlı rəsm sərgisi keçiriləcəkdir. Sərgidə E.Mirzəyev adına nitq qüsurlu uşaqlar üçün respublika xüsusi internat məktəbinin istedadlı uşaqları öz əsərlərini nümayiş etdirəcəklər. Tədbirdə dövlət sturukturlarının, səfirliklərin nümayəndələrinin, ictimai xadimlərın, ziyalıların, həmçinin şirkətlərin, QHT-lərin və "AccessBank"-ın təmsilçilərinin iştirakı nəzərdə tutulur.

Könül Aypara