Murmansk vilayətində növbəti uğur

Murmansk vilayətində növbəti uğur

26 May 2011 00:42
Bəyəndim (0) Bəyənmədim (0)

Murmansk vilayətində 11-ci dəfə keçirilən "İlin sahibkarı" müsabiqəsinə yekun vurulmuşdur. Murmansk vilayət hökumətinin "Vilayət üzrə illik "İlin sahibkarı" müsabiqəsi haqqında" qərarına uyğun olaraq və müsabiqə komissiyasının qərarı əsasında həmin müsabiqənin qaliblərindən biri həmvətənimiz Mübariz Yolçuyev elan edilmişdir.
Mübariz Yolçuyevin rəhbər olduğu Məhdud Məsuliyyətli Cəmiyyət "Digər fəaliyyət növləri" qrupunda "Sosial məsuliyyət və xeyriyyəçilik" nominasiyasında müsabiqənin qalibi olmuşdur. Müsabiqə iştirakçılarının təltif edilməsi mərasiminin keçiriləcəyi tarix yaxın günlərdə müəyyən ediləcəkdir.
Regionun "Şimal Ticarət-Sənaye Palatası" və Ümumrusiya Azərbaycanlılar Konqresinin Murmansk vilayət bölməsi həmvətənimizi qələbə münasibətilə təbrik etmişlər.
Xatırladaq ki, həmyerlimiz artıq ikinci dəfə "İlin sahibkarı" mükafatına layiq görülür. Birinci dəfə o, həmin mükafatı 2008-ci ildə almışdır.

Könül Aypara