Dünya şöhrətli Fransız tenor Bakıya gəlir

Dünya şöhrətli Fransız tenor Bakıya gəlir

20 May 2011 11:51
Bəyəndim (0) Bəyənmədim (0)
O, Fidan Hacıyeva ilə konsert verəcək

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından aldığımız məlumata görə, 3 iyun tarixində dünya şöhrətli fransız tenor Jan Fransis Monsuar Fidan Hacıyeva ilə birlikdə konsert verəcək. Konsertin təşkilatçısı Fransanın Azərbaycandakı səfirliyidir. Konsert zamanı dünya musiqisinin klassik nümunələri ilə yanaşı Azərbaycan bəstəkarlarının da əsərlərinə müraciət olunacaq.

Musiqi dili dünyada yeganə dildir ki, hamı onu başa düşür. Çünki cəmi yeddi səsi var...

Günel Əliqızı

O.M.