Danimarkada  Azərbaycan-Türk coşqusu!

Danimarkada Azərbaycan-Türk coşqusu!

18 May 2011 20:24
Bəyəndim (0) Bəyənmədim (0)

Danimarkada yaşayan soydaşlarımız Azərbaycanın "Eurovision-2011" mahnı müsabiqəsində möhtəşəm qələbəsini bayram etmişlər. Ö lkənin paytaxtı Kopenhagendə yaşayan azərbaycanlılar şəhərin mərkəzi meydanı "Rodhus plads"da toplaşıb turist qatarı kirayə götürərək ölkəmizin "Eurovision-2011" müsabiqəsində qalib gəldiyini danimarkalılara və şəhərin qonaqlarına bəyan etmişlər.
Əllərində Azərbaycan və Türkiyə bayraqları dalğalandıran soydaşlarımız "Azərbaycan!" və "Eurovision!" sədaları altında qatarla şəhərin mərkəzi küçələri ilə hərəkət etmişlər. Azərbaycan bayrağı ilə yanaşı, Türkiyə bayrağının da dalğalanması bu iki ölkənin qardaşlığının sübutu və danimarkalılara mesaj idi.
Turist qatarında Azərbaycanın "Eurovision-2011"-dəki təmsilçilərinin ifa etdikləri "Running Scared" mahnısı səsləndirilmişdir. Azərbaycan diasporunun azyaşlı nümayəndələrinin də əllərində dövlət bayrağımızın olması və onların da "Azərbaycan!" sədasını səsləndirmələri yerli əhalini və şəhərin qonaqlarını heyran etmişdir.

Könül Aypara