"FX" markalı eynəklər dünya ictimaiyyətinə təqdim olunacaq

"FX" markalı eynəklər dünya ictimaiyyətinə təqdim olunacaq

18 May 2011 14:00
Bəyəndim (0) Bəyənmədim (0)

Əməkdar incəsənət xadimi, modelyer-dizayner Fəxriyyə Xələfova yeniliklərini davam etdirməkdədir. O da dünya şöhrətli brendlərin sahibləri kimi sənətini daha da qollu-budaqlı etmək istəyir. Geyim-keçimlə yanaşı, Fəxriyyə xanımın rəhbərliyi ilə istehsal olunan ətirlər ictimaiyyətin ixtiyarına buraxılmışdı. Ardınca isə o, ad-soyadının həkki olunan "FX" markalı, yeni dəbə uyğun eynəklərin istehsalına başlamaq fikrindədir. Amma çox güman ki, bu yenilik növbəti ilə təsadüf olunacaq. Bundan başqa, dizaynerə məxsus aksessuarlar da satışa buraxılacaq.


Gözəllik dünyanı xilas edəcək...


Könül Aypara

O.M.