İlahə Əfəndiyeva Türkiyə səhnəsində

İlahə Əfəndiyeva Türkiyə səhnəsində

16 May 2011 20:53
Bəyəndim (0) Bəyənmədim (0)

Opera və Balet Teatrının mətbuat xidmətinin məlumatına görə, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının gənc solisti İlahə Əfəndiyeva Türkiyədə keçiriləcək opera festivalında çıxış edəcək. Türkdilli dövlətlərin beynəlxalq mədəniyyət təşkilatı - "TÜRKSOY" xətti ilə hər il Türkiyədə Beynəlxalq opera sənəti festivalı keçirilir. Bu il Türksoy opera günləri 13-cü dəfə keçiriləcək və iyunun 19-dan 29-dək olan müddətdə Türkiyənin Mersin və İstanbul, Kiprin Girnə şəhərlərində baş tutacaq. Festivalda Azərbaycanın opera sənətini Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının gənc və istedadlı solisti İlahə Əfəndiyeva təmsil edəcək.


İ.Əfəndiyeva 2005-ci ildən Teatrın solistidir. Bir sıra beynəlxalq vokal müsabiqələri və festivalların iştirakçısı olub. Mədəniyyət və Turizm Nazirliyi xətti ilə Moskvada Qalina Vişnevskaya adına Opera mərkəzində ixtisasartırma kurslarını bitirib. Ü.Hacıbəylinin "Koroğlu" operasında Nigar, M.Maqomayevin "Şah İsmayıl" operasında Gülzar, C.Verdinin "Traviata" operasında Violetta, C.Puççininin "Boqema" operasında Mimi və b. partiyaları böyük uğurla ifa edir.


Səsi gur olan müğənninin sədası uzaqlardan gələr...

Elvin Babayev

O.M.