“Eurovision”a ev sahibliyini təsdiqləyən sənəd

“Eurovision”a ev sahibliyini təsdiqləyən sənəd

16 May 2011 14:56
Bəyəndim (0) Bəyənmədim (0)

"Eurovision" müsabiqəsinin icraçı direktoru Jon Ola Sand Düsseldorfda Azərbaycanı qalibiyyət münasibətilə təbrik edərək növbəti ildə ölkəmizin bu yarışmanı yüksək səviyyədə təşkil edəcəyinə əminliyini bildirmişdir. İcraçı direktor ölkəmizin "Eurovision-2012" mahnı müsabiqəsində ev sahibliyini təsdiqləyən sənədi Azərbaycanın "Eurovision" müsabiqəsi üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimliyə təqdim etmişdir.

Jon Ola Sand Odlar diyarına bu məsuliyyətli işdə uğurlar arzulamış və bütün Azərbaycan xalqını qələbə münasibətilə bir daha təbrik etmişdir.

Adil Kərimli qələbə sevincini bölüşərək bildirmişdir ki, bu, inanılmaz bir hissdir. O, Azərbaycanın 2012-ci ildə bu müsabiqəni yüksək səviyyədə təşkil edəcəyini vurğulamışdır. Qeyd etmişdir ki, müsabiqədə iştirakımız boyu Azərbaycan Prezidenti İlham Əliyev hər zaman bizə dəstək olmuşdur. Bu diqqət və qayğısına görə prezidentimizə minnətdarıq. A.Kərimli demişdir ki, yaxın vaxtlarda "Eurovision-2012" mahnı müsabiqəsinə hazırlıq mərhələsinə başlanılacaqdır. Avropanın ən böyük musiqi şousunda 4-cü dəfə iştirak etməyimizə baxmayaraq Azərbaycanın birincilik qazanmasının inanılmaz nailiyyət olmasını vurğulayan A.Kərimli, bu qələbəni ölkəmizin müsabiqəyə ciddi hazırlığı ilə əlaqələndirmişdir.

Dostlar sevinir, düşmənlər kor olur.

Tofiq Əliyev

O.M.