Ermənistan mətbuatı bizim qələbədən yazmır

Ermənistan mətbuatı bizim qələbədən yazmır

15 May 2011 06:03
Bəyəndim (0) Bəyənmədim (0)
Ermənilər şoka düşüblər!

Azərbaycanın möhtəşəm qələbəsindən sonra dərhal ermənilərin reaksiyasını öyrənmək üçün onların xəbər agentliklərinə və qəzetlərinə müraciət etdim. Maraqlıdır ki, heç biri, hətta ən operativ işləyənləri belə susmağa üstünlük verirdilər. Azərbaycanın qələbəsi yerinə Ermənistan KİV-lərində bu ölkənin Eurovisionda məğlubiyyətini qınayan yazılar yer alırdı. Yazının mənbəyini axtarıb tapdım.

News.am erməni saytında yer alan "Армения, Эмми, "Евровидение": итоги конкурса (Ermənistan, Emmi, "Eurovision": müsabiqənin nəticələri)" başlıqlı məqalədə builki erməni təmsilçisi geninə-boluna tənqid olunurdu. Məqalədə yazılır:


"Ermənistan ictimaiyyəti böyük səs-küy qopardı. Axı biz erməni estradasının möcüzəsi, şou-biznesin parlayan ulduzu olan Emminin finala çıxmayacağını gözləmirdik. Burada Emminin 11 yanvar 2011-ci ildə Новости Армении - NEWS.am saytına verdiyi müsahibə yada düşür. O demişdi: "Bu ilki iştirakçıların heç birini özümə rəqib saymıram. Təkəbbürlü görünmək istəməzdim, amma heç bir iştirakçı mənimlə rəqabət aparmağa layiq deyil." Əgər o vaxt bu sözlər dodaqlarda yüngül təbəssüm yaradırdısa, razılaşın ki, indi başqa emosiyalar yaradır. Çəkinmədən demək olar ki, iştirakçılar o qədər aşağı səviyyəli idilər ki, onların yekcinsliyi arasında Emminin istedadını görə bilmədilər. "Eurovision-Ermənistan"-ın mətbuat katibiTiqran Danielyanın açıqlaması da orijinal idi. Onun sözlərinə görə, səs verən ölkələrdə ermənilər çox az sayda yaşayırlar." Məğlubiyyətin əsas səbəbi də budur."


Xatırladaq ki, bu cümlələr erməni xəbər portalının gecə saatlarında işıq üzü görmüş məqaləsindən götürülüb. Həmin məqalənin sonunda müəllif Ermənistanda Eurovision seçimləri zamanı obyektivliyin olmadığını, tanışlığın, tapşırığın həlledici olduğunu etiraf etdi. Onu da bildirdi ki, Ermənistanda "Bum-bum, Çaka-çaka" ilə (yəni səs-küylə) tamaşaçılara yeridilən mahnı avropalıların gülüşünə və təəccübünə səbəb oldu.


Ermənistanda "bum-bum" olacaq, onlar artıq "çaka-çaka" ilə yanıb tökülürlər...

Natiq Qocaman

O.M.