Azərbaycanın xalq artistləri  - Eldar və Nigar

Azərbaycanın xalq artistləri - Eldar və Nigar

15 May 2011 04:47
Bəyəndim (0) Bəyənmədim (0)
Azərbaycan ayağa qalxıb

Möhtəşəm qələbənin ardınca bütün azərbaycanlılar bu uğuru qeyd etmək üçün küçələrə axın etdilər. Əsasən də İTV-nin binasının qarşısında izdiham yaşanmağa başladı.


Eyni zamanda Düsseldorfda qaliblərin mətbuat konfransı keçirilirdi. Konfransda suallara məntiqli cavab verən Eldarla Nigar "Azərbaycan" mahnısını öz dilimizdə oxumağı da unutmadılar. Onlar cinsi azlıqların növbəti ildə Azərbaycandakı tədbirə qonaq qismində qatıla bilib-bilməyəcəkləri sualına "Azərbaycan tolerant ölkədir" cavabını verdilər. Daha sonra erməni-azərbaycanlı münasibətində incəsənətin rolu sualını ustalıqla cavablandırdılar. "Musiqi sərhəd tanımır" deyə Eldar Azərbaycanın sülhsevər olduğunu bir daha nümayiş etdirmiş oldu.


Onlar xalqının incəsənətini təbliğ etməklə xalqın artisti olmağı bacardılar. Yəqin ki, ölkə rəhbərliyi bu adı rəsmiləşdirəcək...

Natiq Qocaman

O.M.