Finalda Nigar Eldarı məyus etdi

Finalda Nigar Eldarı məyus etdi

15 May 2011 01:48
Bəyəndim (0) Bəyənmədim (0)

Bu dəqiqələrdə davam edən final çıxışında Azərbaycan təmsilçiləri öz çıxışlarını başa vurdular. Gözlənildiyinin əksinə olaraq Nigar olduqca həyəcanlı, Eldar isə özünəinamlı görünürdü. Mahnının girişində Nikinin həyəcanı özünü göstərdi. O, zilə qalxarkən bəmdəki notu xeyli aşağıdan götürdüyündən disbalans alındı. Bir növ xaric oxumuş kimi oldu.


Halbuki, o, çıxışdan cəmi bir-iki dəqiqə əvvəl dünya üzrə tanınmış X faktor şirkətinin prodüseri Luis Uolş ilə görüşmüş, ondan xeyir-dua almışdı.


Bir neçə gün əvvəl məlumat verdiyimiz kimi, Ell-Niki duetinin üzvləri arasında münasibətlər o qədər də isti deyil. Bu, final çıxışı zamanı da öz təsirini göstərdi. Onların yarışmadan sonra ayrılacaqları söylənilir.


Onu da qeyd edək ki, Türkiyə və İtaliya yayımlarının aparıcıları bizim namizədləri çempionluğa 1 nömrəli namizəd kimi qiymətləndirdilər


Bizə isə möcüzələrə inanmaq qalır...

Könül Aypara

O.M.