Finalçıların çıxış öncəsi son sözləri

Finalçıların çıxış öncəsi son sözləri

14 May 2011 23:52
Bəyəndim (0) Bəyənmədim (0)
Nigar Camal uzaqda olduğunu düşünür

Bir qədər əvvəl məlumat verdiyimiz kimi, finalçılar son məşqə başlamışdılar. Bu dəqiqələrdə məşq bitmişdir. Artıq səhnənin yenilənməsi başlayıb. Fürsətdən istifadə edən jurnalistlər müğənnilərdən son müsahibələrini alıblar. Onlardan ən maraqlılarını sizlərə təqdim edirik.


Paradis Oskar

Mən düşünmürəm ki, janrım ən gözəldir. Sadəcə, emosiyanın düzgün məcrada təqdimatını təcəssüm etdirir. Mən finalda zalın emosiyalarını öz əlimə alaraq axınla hərəkət edəcəm.


Dino Merlin

Mən yarımfinalda qorxurdum. Oxumağa başlayanda zalda əl çaldılar və mənim ancaq bir qulağım eşitməyə başladı. Bu çox çətin idi. Finalda iki qulağımı da istifadə etməyə hazırlaşıram.

Solist Tim Şu

Mən Entourage serialına baxa-baxa, Donald Dakın komikslərini oxuya-oxuya finala çıxdım.


Evelina Saşenko:

Finala çıxdığıma çox şadam. İnanmırdım. Bu yarışma musiqidən daha çox şou və sirk çıxışına oxşayır. Mənim yarımfinalım sübut etdi ki, onlar hələ də musiqini sevirlər bu, hələ də musiqi yarışması olaraq qalır.


Kati:
Bizim finala çıxmağımız mahnımızın bəyənildiyini göstərir. Bunu ilk dəfədir etiraf edirlər. Mən çox dincəlməklə, yeməklə və məşq etməklə finala hazırlaşdım.


Jedvard
Biz səhnədə salto vururuq. Bu möhtəşəm hərəkətdir. Səhnədə biz 16 qabaq salto və 26 dairəvi hərəkət etdik.

Yaani

Sözüm yoxdur ki, özümü yarımfinalda necə enerjili hiss edirdim... Mən finalda sadəcə vaxtımı xoş keçirməyə çalışacam.


Aleksey Vorobyov:

Mən məşqi yox, auditoriyanı çox sevirəm. Mən yarımfinaldan sonra qaça-qaça pərəstişkarlarla söhbət edirdim.


Amori Vasiliy:

Hazırlıq çətin idi, amma mən səhnədə olanda hər şey asanlaşır.


Zdob şi Zdub
Biz yarımfinala nisbətən daha təmkinli və sakit olmağa çalışacağıq.


Lena:

Mən səhnədə olanda yalnız musiqini eşidir və oxuyuram. Siz isə səhnəni və suditoriyanı görürsünüz.

Ell və Niki

Nigar Camal: Bu arzu uşaqlıqdan bəri mənimlə olub. İndi isə gerçəkləşir. Mən burada olduğuma və böyük şouda iştirak etdiyimə inana bilmirəm. Mənə elə gəlir ki, mən uzaqdayam, ekranda oxuyan isə başqasıdır.

Mən möcüzələrə və nağıllara inanmıram. Ancaq bu gecə möcüzə olmağını arzulayıram. İstəyirəm ki, zülmət gecədə parlaq günəş çıxsın və onun işığı Odlar Yurdundan dünyaya yayılsın.

Könül Aypara

O.M.