Aleksandr Rıbak oxumeni.az-a danışdı

Aleksandr Rıbak oxumeni.az-a danışdı

14 May 2011 20:56
Bəyəndim (0) Bəyənmədim (0)
O, Ell-Niki duetini ilk 3 sırada görür

Eurovision-2009-un qalibi Aleksandr Rıbak yarışma tarixində ən çox səs toplamaqla rekorda imza atmışdı. Bu il o, reportyorlar sırasına qoşularaq onların ulduzuna çevrildi. Bütün həftə boyu Rıbak Eurovision.tv-yə müsahibə almaq üçün iştirakçıları izləyirdi. Eurovisionun əfsanəsi yeni fəaliyyətində də diqqət mərkəzində idi.


Düsseldorfda olan nümayəndəmiz, oxumeni.az-ın təsisçisi Emin Axund Aleksandr Rıbakla görüşərək, ondan təmsilçilərimiz haqda fikirlərini öyrəndi. Eks qalib ayaqüstü söhbətdə Ell-Niki duetinin şanslarını yüksək qiymətləndirərək, onları ilk üçlükdə gördüyünü bildirdi.


Öz aramızdır, yarışmaya da təxminən 3 saat qalıb. Deməli, 3 rəqəminin sehrli qüvvəsinə inanmaq olar. Göydən 3 alma düşməsə...

Könül Aypara

O.M.