Eurovision finalçılarının 3-cü məşqi davam edir

Eurovision finalçılarının 3-cü məşqi davam edir

14 May 2011 20:31
Bəyəndim (0) Bəyənmədim (0)
Bu ana olan ən son məlumat

Böyük çıxışa saatlar qala artıq finalçıların sayca 3-cü məşqi başlayıb. Bu barədə təşkilatçı Eurovision.tv xəbər verir. Məlumatda bildirilir ki, iştirakçılar olduqca həyəcanlıdırlar. Belə ki, yarımfinalda və digər məşqlərdə buraxılan səhvlərin təkrarlanmaması üçün hazırlıqlar davam edir.


Oxumeni.az-ın hazırda Düsseldorfda olan nümayəndəsi, oxumeni.az-ın təsisçisi Emin Axund məlumatı təsdiqləyərək bildirir ki, təmsilçilərimizin şansı yüksək qiymətləndirilir. Belə ki, yarış iştirakçılarının və nümayəndə heyətlərinin böyük qismi Azərbaycan komandasının performansını yüksək qiymətləndirir.


Hazır olun! Bu gecə Azərbaycanda günəş doğa bilər...

Könül Aypara

O.M.