İkinci yarımfinalın iştirakçıları bəlli oldu

İkinci yarımfinalın iştirakçıları bəlli oldu

13 May 2011 11:25
Bəyəndim (0) Bəyənmədim (0)

"Eurovision-2011" mahnı müsabiqəsinin ikinci yarımfinalının iştirakçıları da artıq bəlli oldu: Estoniya, Rumıniya, Moldova, İrlandiya, Bosniya və Hersoqovina, Danimarka, Avstriya, Ukrayna, Sloveniya və İsveç. Niderland, Belçika, Slovakiya, İsveç, Kipr, Bolqarıstan, Makedoniya, İsrail, Belarus və Latviya müğənniləri isə mübarizəni dayandırmalı olublar. Xatırladaq ki, mayın 10-da keçirilən ilk yarımfinalda Finala Serbiya, Litva, Yunanıstan, Azərbaycan, Gürcüstan, İsveçrə, Macarıstan, Finlandiya, Rusiya və İslandiya təmsilçiləri finala vəsiqə qazanmışdılar. Müsabiqənin təsisçiləri - Böyük Britaniya, Fransa, İspaniya, İtaliya və Almaniya (ötən ilki müsabiqənin qalibi) təmsilçiləri mübarizəyə birbaşa finaldan başlayacaqlar. "Eurovision-2011" mahnı müsabiqəsinin finalı mayın 14-də keçiriləcək. Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal 19-cu nömrə ilə çıxış edəcəklər.

Könül Aypara