Bəyəndiyinizi seçin, səs verin!

Bəyəndiyinizi seçin, səs verin!

12 May 2011 14:34
Bəyəndim (0) Bəyənmədim (0)
"Eurovision 2011"in 2-ci yarımfinalı bu gündür

Bu gün "Eurovision-2011" mahnı müsabiqəsinin 2-ci yarımfinal günüdür.
Canlı ifa zamanı mahnını bəyənənlər ölkənin çıxış nömrəsini yazıb istənilən mobil operatordan 9450 nömrəsinə sms göndərə bilərlər. 1 SMS-in qiyməti 60 qəpikdir. 9450 sms nömrəsi yalnız Azərbaycandan səs vermək üçündür. Hər ölkənin sms nömrəsi iştirakçı ölkənin televiziyasından elan olunur.
Ölkəmizdən Azərbaycan təmsilçilərinə səs verə bilmərik. Azərbaycan təmsilçilərinə yalnız xarici ölkə ərazisindən səs vermək olar. 1 nömrədən 20 səs göndərmək mümkündür. Xatırladaq ki, yarımfinalda Azərbaycanın kodu 18 idi. Final mərhələsində çıxış edəcək ölkələrin kodu isə yarımfinal mərhələsindən sonra keçiriləcək püşkatma zamanı bəlli olacaq.
Onu da qeyd edək ki, finalda 25 ölkə çıxış edəcək. Onlardan "Eurovision" yarışmasının təsisçiləri olan 5 ölkə birbaşa finalda çıxış edir. Həmin ölkələr Fransa, İtaliya, Böyük Britaniya, Almaniya və İspaniyadır.

Günel Həbib